AZ

Riyaziyyat və kimya üzrə apellyasiyaya start verilib

Riyaziyyat və kimya fənləri üzrə apellyasiya müraciətlərinə start verildi.
 
İnsan Resursları Mərkəzindən AzEdu.az-a bidirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin riyaziyyat və kimya fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başladı.
 
Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.
 
Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.
Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
4
azedu.az

10Mənbələr