AZ

Bakının bu küçəsində asfaltlanma işləri icra olunur

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamalrayonunun Miкayıl Müşfiq küçəsində asfaltlanma işləri icraedir.

Trend bu barədə agentliyəistinadən xəbər verir.

Təmir işləri sözügedən küçənin Parlament prospektindən İsmayılbəy Qutqaşınlı küçəsinə qədər olan hissəsi üzrə aparılır.

Yerinə yetirilən işlər çərçivəsində küçənin köhnə asfalt-betonörtüyünün frezlənməsi artıq yekunlaşıb. Hazırda ərazidə asfaltlanmaişləri icra olunur.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sondaavtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçünüfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiyaxətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılmasıişləri də aparılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
7
az.trend.az

10Mənbələr