AZ

Daşqın milyondan çox insanın hyatını alt-üst etdi

1,3 milyondan çox banqladeşli ölkənin şimal-şərqində daşqınlardan zərər çəkib.

“Cebhe.info” TASS-a istinadən xəbər verir ki, bu barədə Silhet rayon polis komissarı Əbu Əhməd Siddiq deyib.

O qeyd edib ki, onların yaşadığı kəndlərdəki evlər və yollar daşqın nəticəsində su altında qalıb.

Sinoptiklər bildiriblər ki, güclü leysan Brahmaputra, Dharla və Dudhkumar çaylarında su səviyyəsinin təhlükəli dərəcədə artmasına səbəb olub. Banqladeşin şimal-şərqində bir çox ərazilərdə daşqınlar baş verib. Eyni zamanda, meteoroloqlar yağışların növbəti 24 saat ərzində də davam edəcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, hakimiyyət hadisə qurbanlarına humanitar yardım təşkil edib. Su basmış ərazilərin sakinləri müvəqqəti çadır şəhərciklərinə köçürülüblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
cebheinfo.az

10Mənbələr