AZ

ABŞ-da Müstəqillik Günü ilə bağlı istirahət günlərində 33 nəfər öldürülüb

ABŞ-da

Bakı, 6 iyul, AZƏRTAC

ABŞ-da 4 İyul - Müstəqillik Günü ilə bağlı uzadılmış həftəsonu istirahət günlərində baş vermiş atışma və digər cinayətlər nəticəsində azı 33 nəfər ölüb.

AZƏRTAC-ın “Associated Press”ə istinadla verdiyi məlumata görə, baş vermiş hadisələr nəticəsində onlarla insan xəsarət alıb.

“Chicago Sun-Times”ın yazdığına görə, təkcə Çikaqoda baş vermiş atışma nəticəsində 11 nəfər ölüb, 55 nəfər yaralanıb.

İyulun 4-ü ABŞ-da ölüm hadisələrinin ən çox baş verdiyi günlərdən biri hesab olunur. Cinayət və güllələmə halları ABŞ-da, xüsusilə insanlar sosial tədbirlərə daha çox toplaşdığı yay aylarında baş verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
2
azertag.az

10Mənbələr