AZ

Paşinyanın Konstitusiya oyunu: söz ayrı, əməl ayrı

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında yekun sülhmüqaviləsininr imzalanmasının bir və çox sadə şərti var. ErmənistanKonstitusiyasında ölkəmizə qarşı yönəlmiş ərazi iddiası ləğvolunmalıdır. Əks təqdirdə, Cənubi Qafqazda nə sülh olacaq, nə dəstabillik.

Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Günümünasibətilə xalqa müraciətində bəyan edib ki, ölkəyə yeniKonstitusiya gərəkdir.

"Konstitusiya vətəndaşların ölkədə yaşam qaydaları, hüquqlar vəöhdləliklərlə bağlı kollektiv anlaşmasıdır. Mövcud Konstitusiyavətəndaşlar arasında ciddi sosial və psixoloji gərginlik yaradıb.Hamıya məlum olan səbəblərə görə bu gün Ermənistan vətəndaşlarıhesab edirlər ki, mövcud Konstitusiya onların cəmiyyətdə vədövlətdə yaşam qaydaları ilə bağlı təsəvvürlərini əks etdirmir.Onlar Konstitusiyanı hakim elita tərəfindən yaradılaraqgerçəkləşdirilmiş sənəd qismində görürlər", - N.Paşinyan deyib.

Onun sözlərinə görə, əsas problem Konstitusiyada nə yazılmasındayox, onun necə qəbul edilməsindədir: "Ermənistana xalqın özününkühesab edəcək, onun dövlət və dövlətlə münasibətlər barədədüşüncələrini əks etdirəcək Konstitusiya gərəkdir. Bizə yaradıcısıolan xalqla üzvi bağlı olan Konstitusiya gərəkdir".

N.Paşinyan daha sonra bəyan edib ki, yeni Konstitusiya ilə bağlıməsələ son vaxtlar siyasi oyun predmetinə dönüb. Buna rəğmən,Paşinyan hesab edir ki, Ermənstanın institusional, psixoloji vəfiziki dayanıqlılığının möhkəmləndirilməsi ilə bağlı işlər davametdirilməlidir.

"Beynəlxalq miqyasda tanınmış ərazilərdə azadlığı, rifahı,xoşbəxtliyi və təhlükəsizliyi təmin etmək üçün vasitə qismindəErmənistan Respublikasını yaratmış real Ermənistanın xalqınınmaraqlarına diqqəti cəmləməliyik", - N.Paşinyan söyləyib.

Ermənistanın baş naziri ölkə Konstitusiyası ilə bağlı islahatarazərurətin duyulması ilə bağlı dediklərində haqsız sayılmamalıdır.Çünki konstitusion islahatlar olmasa, ölkənin ali qanununa zəruriəlavələr və dəyişikliklər edilməsə Cənubi Qafqazda dayanıqlısülhdən və qalıcı stabillikdən danışmağa dəyməz.

Ermənistan Konstitusiyasının preambulasında və ölkənin DövlətMüstəqilliyi Aktında Azərbaycana qarşı ərazi iddiaları yer alır.Həmin iddialar qüvvədə qaldıqca, Ermənistanda revanşistlərinfəalllaşması və ölkəmizə qarşı yeni hərbi əməliyyatlara başlamaqfikrinə düşmələri istisna deyil.

Səbəb sadədir: erməni identikliyi əsrlər boyu ərazi iddiaları,mifik "dənizdən dənizə Böyük Ermənistan", Türkiyəyə və Azərbaycanaqarşı ərazi iddiaları, onillər boyu isə "Qarabağ Ermənistantorpağıdır" yalanları üzərində qurulub.

Nikol Paşinyanın "4-cü Ermənistan Respublikası qurmaq" və ölkəKonstitusiyasına dəyişikliklər etmək istəyini rəsmi İrəvan "dövlətidaha rəqabətə davamlı" etmək arzusu ilə izah edir.

Halbuki bu sözlər Azərbaycanla Ermənistan arasındakı şərtidövlət sərhədinin demarkasiyası və delimitasiyası, yekun sülhmüqaviləsinin imzalanması, nəqliyyat kommunikasiyalarının bərpasıvə yeni loqistika marşrutlarının istifadəyə verilməsi ilə bağlıaparılan danışıqların tempi indi bir qədər aşağı düşüb.

Ermənilərin çoxu etiraf etməsələr də, anlayırlar: Azərbaycanaqarşı ərazi iddiasının yer aldığı mövcud Konstitusiya qarşıdapolislər durmuş yolla şərəkət edən oğrunun əlindəki qəsb edilmişəşyalara bənzəyir. Oğru cəzasının yüngülləşməsini istəyirsə, oəşyalardan qurtulmalıdır. Yox, əşyaların ona dəyərli və əzizolduğunu deyib əlində saxlamağa davam edərsə, cəzalanacaq.

Ermənistanda 1990-cı ilin yayında, SSRİ-nin de-yure olaraqdağılmasından bir qədər əvvəl qəbul edilmiş "Dövlət MüstəqilliyiBəyannaməsi"də "Ermənistanla Dağlıq Qarabağ Muxtar Vilayətininbirləşməsi" ifadəsi var.

Ermənistan Konstitusiyasının preambulasında da həmin sənədəistinad edildiyindən bu, rəsmi İrəvanın Azərbaycan ərazilərinəde-yure olaraq iddia etməsidir.

Nikol Paşinyan bunu dərk etməmiş deyil. O, hələ 2020-ci ildəKonstitusiya Məhkəməsinin heyətini dəyişmək üçün referendumkeçirmək istəyirdi. COVİD-2019 pandemiyası səsverməyə mane oldu.Buna rəğmən, N.Paşinyanın rəhbərlik etdiyi və Ermənistandaiqtidarda olan "Mülki Müqavilə" partiyası gərəkli saydığıhakimlərin təyinatına və parlamentdəki səsvermə vasitəsiləKonstitusiya Məhkəməsinin heyətində çoxluğa nail olmağıbacardı.

İndisə N.Paşinyana Konstitusiyaya əlavələr və dəyişikliklərləbağlı referendumda məqsədə çatmaq üçün 600 min səs gərəkdir. OnunErmənistanda reytinqinin həddən ziyadə aşağı düşdüyünü nəzərəalsaq, İrəvandakı iqtidarı həlli asan olmayan problem gözləyir.

Azərbaycanın mövqeyi aydındır: Ermənistan Konstitusiyasındamütləq dəyişikliklər edilməli, ölkəmizə qarşı ərazi iddiasının yeraldığı bənd aradan qaldırılmalıdır.

Ermənistan cəmiyyəti, hakimiyyəti, mediası və siyasi məkanırəsmi Bakının bu tələbini “Ermənistanın daxili işlərinə müdaxiləcəhdi” kimi dəyərləndirir.

Belədirmi?

Əvvəla, qeyd edək ki, Konstitusiya istənilən dövlətin hüquqsisteminin əsası olaraq əsas prinsipləri, vətəndaşların hüquq vəöhdəliklərini, habelə dövlətin sərhədlərini müəyyənləşdirir. Birdövlətin Konstitusiyasında qonşu ölkəyə qarşı ərazi iddiaları yeralırsa, bu, artıq heç bir halda “daxili iş” sayıla bilməz.

Beynəlxalq hüququn əsas prinsipi dövlətin ərazi bütövlüyü vəsuverenitetidir. BMT Nizamnaməsi (maddə 2, bənd 4) istəniləndövlətin siyasi müstəqilliyinə və ərazi bütünlüyünə qarşı iddianı,yaxud güc tətbiqini yasaqlayır.

Sözügedən prinsip bir sıra beynəlxalq sənədlərdə, o cümlədənAvropadakı sərhədlərin toxunulmazlığını bir daha təsdiqləyənHelsinki Yekun Aktında (1975-ci il) yer alıb.

Bundan başqa, beynəlxalq hüququn prinsiplərinə görə, qonşuöjlkələr münasibətlərini qarşılıqlı sayğı və mehriban qonşuluqprinsipləri əsasında qurmalıdlır. Ərazi iddiaları həmin prinsiplərəkökündən ziddir və bu, “Beynəlxalq hüququn prinsipləri barədə”bəyannamədə (1970-ci il) təsdiqlənib.

Azərbaycanıne ərazi bütünlüyünü, suverenliyini və sərhədtoxunulmazlığını bütün dövlətlər, o cümlədən BMT və bu təşkilatında üzvü olan Ermənistan da tanıyıb. Yəni Azərbaycanın sərhədlərinintanınması ilə bağlı Ermənistan üzərinə öhdəlik və təhəddüdlərgötürüb. Beynəlxalq müqavilələr və sazişlər hüququ barədə Vyanakonvensiyasında (1969-cu il) isə deyilir: “Tərəf imzaladığı və yarazılaşdığı müqavilənin, sazişin və ya beynəlxalq razılaşmanınşərtlərinin yerinə yetirmədiyinə görə daxili hüququ iləqanunvericiliyinə istinad edə bilməz”.

Məhz bu səbəbdən Ermənistanın Konstitusiyasında Azərbaycanaqarşı ərazi iddiasının yer alması İrəvanın “daxili işi” yox,beynəlxalq hüquqa kökündən zidd fakt, beynəlxalq münasibətlərdə vəxüsusilə də Cənubi Qafqaz bölgəsində gərginlik mənbəyi olaraqstabilliyə və sülhə təhdiddir.

Bölgəmizdə eskalasiyaya yol verməmək üçün Ermənistan mütləqşəkildə Konstitusiyasına dəyişikliklər etməli, haqqında bəhsetdiyimiz ifadələri ölkənin ali qanunundan çıxarmalıdır.

Nikol Paşinyana və ermənilərə hamilik edən ABŞ, Fransa və Avropaİttifaqı da bunu İrəvandan tələb etməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
7
az.trend.az

10Mənbələr