AZ

AVRO-2024-də ən çox oyundankənar vəziyyətə düşən futbolçu bəlli oldu

Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldu AVRO-2024-də hamıdan daha çox ofsayda düşüb.
 
Moderator.az Championat.com-a istinadla xəbər verir ki, ulduz forvard səkkiz dəfə ofsayd vəziyyətində olub.
 
Oyundan kənar vəziyyətlərə görə ikinci yeri hazırda Niklas Füllkruq (Almaniya), Andraz Şporar (Sloveniya) və Barnabas Varqa (Macarıstan) bölüşürlər - hərəyə dörd dəfə.
 
Qeyd edək ki, Ronaldu 2003-cü ildən Portuqaliya millisində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 212 matçda iştirak edib, 130 qol vurub, 47 məhsuldar ötürmə edib.
Seçilən
153
4
moderator.az

10Mənbələr