AZ

"Mən təkcə kampaniya aparmıram, həm də dünyanı idarə edirəm" - Bayden

"Seçkilərdə sənə qarşı patoloji yalançı dayanıbsa, çətin olmasın gərək..."
 
Trampla uğursuz debatlardan sonra ABŞ prezidenti ilk böyük müsahibə verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın  CNN telekanalı məlumat yayıb.
 
Telekanalın jurnalisti Corc 
Srefanopulos söhbətə Ağ Ev rəhbəri ilə bağlı iyunun 28-də evdə nə baş verməsi-sadəcə, özünü pis hiss etməsi və ya ciddi bir şey olduğu barədə məsələdən başlayıb.
 
Bayden əmin edib ki, söhbət yalnız "xoşagəlməz bir epizoddan" gedir. O, izah edib ki, güclü soyuqdəymədən əldən düşüb. Bu zaman Bayden vurğulayıb ki, debatlarda uğursuzluq yalnız onun öz günahıdır. 
 
Daha sonra müsahibənin gedişində Stefanopulos təkidlə Baydenin ölkəni daha bir müddət ərzində idarə etməsi üçün əqli və fiziki resurslarının yetərli olduğuna əmin olmasını aydınlaşdırmaq istəyib.
 
Bayden bəyan edib ki, heç şübhəsiz, bu vəzifənin öhdəsindən gələcək, "əks halda o, öz namizədliyini irəli sürməzdi".
 
Daha sonra o, prezidentliyinin birinci dönəmində öz nailiyyətlərini sadalayıb. Bunlar iqtisadiyyatın inkişaf etdirilməsi, Yaxın Şərq üçün "gerçəkləşdirilməsi mümkün olan" sülh planının işlənib hazırlanması, NATO-nun genişləndirilməsi, "Putinin dayandırılmasıdır".
 
"Bilirsiniz, mən təkcə kampaniya aparmıram, həm də dünyanı idarə edirəm. Bu, hiperbola kimi səslənir, amma biz dünyanın çox mühüm millətiyik. Mənim əla şəxsi heyətim var", - Bayden qeyd edib.
 
Stefanopulos Baydendən özü qarşısında dürüst olaraq seşkilərdə Trampa qalib gələ biləcəyini hesab edib-etməməsi barədə suala cavab verməsini xahiş edib. "Bəli, bəli, bəli, mən qalib gələ biləcəyəm", - ABŞ prezidenti deyib.
 
Jurnalist həmçinin Baydendən əgər Demokrat Partiyasının liderləri Nensi Pelosi, Çak Şummer və başqaları ondan öz namizədliyini geri götürməsini xahiş etsələr, necə davranacağı barədə fikir söyləməyi xahiş edib. Bayden gülümsəyərək jurnalisti əmin edib ki, bu, baş verməyəcək.
 
"Əgər qüdrətli Tanrı Yerə enib bunu desə, ola bilsin ki, mən yarışdan çıxaram, amma o, Yerə enməyəcək",  - Bayden deyib.
 
2024-cü ilin seçkilərini 2020-ci ildəkindən daha mürəkkəb olduğunu hesab edib-etməməsi barədə suala Bayden mənfi cavab verib: "Yox, patoloji olaraq yalançı sənə qarşı dayanıbsa, çətin deyil".
 
Jurnalist Baydenin reytinqinin 36 faizədək aşağıya düşdüyünü və belə nəticə ilə hələ heç kimin yenidən seçilmədiyini xatırladıb. 
 
"Bu, bizim sorğularımızın göstəriciləri deyil", - Bayden deyib və əlavə edib ki, əvvəllər olduğu kimi, bu sorğuların dəqiqliyinə inanmır.
 
Bayden bu dəfə debatlarla müqayisədə daha inamlı çıxış edib, tez-tez təkrara yol verməsinə rəğmən, fikirlərini ardıcıl ifadə edib.
 
Lakin özünün seçkiöncəki kampaniya və növbəti dörd illik müddət üçün dözümlülüyü ilə bağlı öz tənqidçilərini sonadək inandıra bilməyib, bunu "The Washington Post" qəzeti yazıb.
 
Bundan öncə Bayden birbaşa efirdə yenidən yanlışlığa yol verib. Belə ki, Pensilvaniyanın "Vurd" radiostansiyasına müsahibəsi zamanı o, anlaşılmaz ifadə işlədib: 
 
"Yeri gəlmişkən, mən fəxr edirəm ki, dediyim kimi, qaradərili prezidentlə işləyən ilk vitse-prezident, ilk qaradərili qadın olmuşam".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
moderator.az

10Mənbələr