AZ

Bakıda 43 yaşlı kişi talvardan yıxılaraq ölüb

Bakıda 43 yaşlı kişi öz evinin talvarından yıxılaraq ölüb.

APA xəbər verir ki, hadisə Xətai rayonu, General Şıxlınski küçəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Teymur Vaqif oğlu Qaraşov yaşadığı mənzilin damında talvar vurarkən öz ehtiyatsızlığı səbəbindən yıxılaraq ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.


BiG.Az
Seçilən
160
19
big.az

10Mənbələr