İsmayıllıda yaşayış evi tamamilə yanıb.
"Unikal" xəbər verir ki yanğın rayonun Qalıncaq kəndində, kənd sakini 1953 -cü il təvəllüdlü Bayramov Bəhmən Rəcəb oğluna məxsus yaşayış evində baş verib. Yanğın yerinə İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 165 kvadratmetr olan fərdi yaşayış evi icərisində olan əşyaları ilə birlikdə və ona bitişik 72 kvadratmetr talvar tamamilə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Seymur Əli