AZ

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?


Azərbaycanda qeyri-sabit hava şəraiti iyulun 8-i gündüzədək davam edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, şimal və qərb rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
“Ayrı-ayrı yerlərdə, xüsusən də Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzurda yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir”, - məlumatda deyilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
49
yeniavaz.com

10Mənbələr