AZ

Paşinyan Qazaxla sərhəddə çəkilən dəmir məftillərə baxdı - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Qazaxla sərhədə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri erməni mətbuatı yayıb.

Videodan aydın görünür ki, ona sərhəddə çəkilən dəmir məftillər göstərilib.
Xatırladaq ki, Ermənistanla Azərbaycan arasında ilk delimitasiya və demarkasiya işləri məhz Qazax rayonundan başlanıb. Nəticədə erməni işğalından olan 4 kənd Azərbaycana qaytarılıb.

Sərhədin bəzi hissələrində isə dəmir məftillər çəkilib.
 

Bizim.Media

Seçilən
122
50
bizim.media

10Mənbələr