AZ

İstirahət günlərində 33 nəfər öldürülüb

ABŞ-da 4 İyul - Müstəqillik Günü ilə bağlı uzadılmış həftəsonu istirahət günlərində baş vermiş atışma və digər cinayətlər nəticəsində azı 33 nəfər ölüb.

Avtosfer.az “Azərtac”a istinadla verdiyi məlumata görə, baş vermiş hadisələr nəticəsində onlarla insan xəsarət alıb.

“Chicago Sun-Times”ın yazdığına görə, təkcə Çikaqoda baş vermiş atışma nəticəsində 11 nəfər ölüb, 55 nəfər yaralanıb.

İyulun 4-ü ABŞ-da ölüm hadisələrinin ən çox baş verdiyi günlərdən biri hesab olunur. Cinayət və güllələmə halları ABŞ-da, xüsusilə insanlar sosial tədbirlərə daha çox toplaşdığı yay aylarında baş verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
3
avtosfer.az

10Mənbələr