AZ

Türk Dövlətləri Təşkilatının zirvə görüşü İyulun 6-sında Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. - Vətən Naminə

">

Görüşün əsas məqsədi “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunun müzakirəsi olub.
Vetennaminə.az saytı Qarabağ bəyənnaməsi ilə əlaqədar Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyevdən müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik.

Müxbir – Sizcə zirvə görüşünün mahiyyəti nədən ibarətdir?

Mehdi Mehdiyev – Bu gün dünya siyasətində türkdilli dövlətlərə qarşı ikili yanaşma var. Belə ki, qərb dövlətləri müxtəlif vasitələrdən istifadə edərək Türk Dövlətləri Təşkilatının inkişafına mane törətməyə çalışırlar. Əslində Türk Dövlətləri Təşkilatının məqsədi türkdilli xalqların hüquqlarının müdafiəsi, türk dövlətləri arasında çoxşaxəli əlaqələrin inkişafı, o cümlədən iqlim fəaliyyəti vasitəsilə sağlam planetin qorunmasına yönəlmiş bir fəaliyyətdir. Bu gün türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu var. Bunu nəzərə almaqla müvafiq nəqliyyat infrastruktorunun və səmərəli transregional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın dahada inkişaf etdirilməsinə ehtiyac var. Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanla imperialist dövlətlərin apardığı çirkin siyasət nəticəsində bugünkü gündə quru sərhəd yoxdur. Hesab edirəm ki, məhz bu təşkilat ədalətsizliyin aradan qaldırılmasında mühüm rol oynayacaq. Əgər Zəngəzur dəhlizi açılaraq Naxçıvanla quru sərhədi bərpa edərsə Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Trans-Xəzər beynəlxalq Şərq-Qərb orta dəhlizi vasitəsilə üzvlər arasında inteqrasiya güclənəcək, nəqliyyat əməliyyatları asanlaşacaq. Bunun nəticəsində iqtisadi naliyyətlərə nail olmaq mümkündür. Təbiətin ekoloji cəhətdən yaxşılaşması məqsədi ilə yaşıl enerjidən istifadə bəyannamədə xüsusi yer almışdır. Belə ki, günəş, külək və su elektrik enerjisi kimi təmiz enerji mənbələrinin yaradılması nəticəsində “Ağıllı şəhər və kəndlər” konsepsiyasının iqlimə davamlılığının inkişafı istiqamətində böyük rol oynayır. Mənim fikrimcə bu ideyaların həyata keçirilməsi məqsədi ilə türkdilli dövlətlərin NATO-ya bənzər ümumi ordusunun yaradılması zəruridir.

Müxbir – Geniş və ətraflı müsahibəyə görə təşəkkür edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
146
2
vetennamine.az

10Mənbələr