AZ

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq edildi

İyulun 9-dan 10-u gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Şahbuz, Babək, Culfa, Ordubad, Gəncə, Naftalan, Goranboy, Şəmkir, Göygöl, Bərdə, Mingəçevir, Gədəbəy, Daşkəsən, Şəki, Yevlax, Tərtərdə fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Seçilən
141
33
qaziler.az

10Mənbələr