AZ

İranın Qum şəhərində hava çirkliliyinə görə dövlət qurumları bağlanıb

İranın Qum şəhərində havanın çirklənməsi səbəbindən dövlət müəssisələri və məktəblər bağlanıb.

BiG.AZ xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA Qum əyalətinin ictimaiyyətlə əlaqələr idarəsinin verdiyi yazılı açıqlamanı yayıb.

Açıqlamada hava çirkliliyi səviyyəsinin narıncıya yüksəldiyi, toz və qum fırtınalarının sözügedən çirkliliyi artırdığı bildirilib.

Tənəffüs və ürək xəstəlikləri olanlara zərurət olmadıqca çölə çıxmamaları tövsiyə edilib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
26
big.az

10Mənbələr