AZ

Qarabağ Universitetinin rektorundan abituriyentlərə MÜRACİƏT

Qarabağ Universitetinin rektoru Şahin Bayramov abituriyentlərə müraciət edib.

News365.az bildirir ki, “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının xəbərinə görə, rektor jurnalistlərə açıqlamasında abituriyentlərə çağırış edib ki, ixtisas seçimi zamanı Qarabağ Universitetini ilk sırada yazsınlar.

Ş.Bayramov bildirib ki, onların Qarabağ Universitetinin ilk tələbəsi olmaq şansları var:

“Bu şansı əldən qaçırmasınlar. Onlar Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanmış olacaqlar. Əminik ki, bizi seçən tələbələr universitetin inkişafında fəal rol oynayacaqlar. Biz abituriyentləri dəvət edirik ki, gəlin Qarabağ Universitetinin tələbəsi olur. Elə Qarabağ Universitetini sizinlə bərabər quraq, bu niyyətlə yola çıxmışıq”.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
9
news365.az

10Mənbələr