AZ

Türk Hava Yollarının Tehrandakı ofisi möhürlənib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İranın yeni Prezidenti Məsud Pezeşkian ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında birsaatlıq telefon danışığından sonra Türk Hava Yollarının İrandakı ofisi qapadılıb.
Bununla bağlı, İranın Ali Mədəni İnqilab Şurasının üzvü İbrahim Suzənçi özünün "X" hesabında yazıb:
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan münasibətləri yaxşılaşdırmaq üçün yeni seçilən prezidentə zəng edərək bir saat danışıb. Elə bu gün "Turkish Airlines" şirkətinin İrandakı ofisi məcburi hicab qaydalarına görə bağlanıb", - deyə İbrahim Suzənçi qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
oxu.az

10Mənbələr