AZ

BƏƏ Rusiyadan neft məhsullarının alışını rekord 971 mln. dollara çatdırıb

2023-cü ilin nəticələrinə görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya neft məhsullarının alışını 4 dəfə artıraraq 971.4 milyon dollara çatdırıb, bu barədə BƏƏ-nin İqtisadiyyat Nazirliyinin saytında deyilir.

BƏƏ həmçinin Rusiya kömürünün idxalını 1.7 dəfə artıraraq 75.3 mln dollara yüksəldib. Ötən il Rusiya ilə BƏƏ arasında ümumi ticarət dövriyyəsi 3.5% artaraq 11.2 milyard dollara çatıb ki, bu da rekord göstərici olub.

İyun ayında OPEC+ ölkələri Səudiyyə Ərəbistanında keçirilən iclasda neftin hasilatının qismən azaldılmasını bərpa etmək barədə razılığa gəliblər. Əlcəzair, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Rusiya, BƏƏ, Qazaxıstan və Oman gündəlik 1.7 milyon barel neft hasilatını 2025-ci ilin sonuna qədər uzatmaq niyyətindədir. Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak hesab edir ki, ilin ikinci yarısında neftin qiyməti 80-85 dollar/barelə çata bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
banker.az

10Mənbələr