AZ

Səmada uçan naməlum obyekt göründü: Fenomen bir neçə ölkənin sakinlərini heyrətə gətirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın bir sıra bölgələrinin sakinləri sosial şəbəkələrdə səmada görünən qeyri-adi parlaq obyektin şəkillərini paylaşıblar.
Bu hadisə təkcə Rusiyada deyil, həmçinin Belarus və Ukraynada da müşahidə edilib.
Kadrlarda ulduzlardan bir neçə dəfə böyük olan işıq ləkəsi görünür. Obyektin ətrafında parlaq dairələr yayılır.
Fenomenin təbiəti haqqında müxtəlif fikirlər səsləndirilib. Bəziləri bunun uçan naməlum obyekt (UNO), digərləri isə əvvəlki gün buraxılan "Ariane 6" daşıyıcı raketi ola biləcəyini ehtimal ediblər.
Qeyd edək ki, iyulun 9-da Fransız Qvianasındakı Kuru kosmodromundan Avropa daşıyıcı raketi "Ariane 6"nın buraxılışı həyata keçirilib. Bu, Avropa aparatının birillik fasilədən sonra ilk buraxılışı idi. Hündürlüyü 56 metr olan "Ariane 6" Bakı vaxtı ilə təxminən saat 23-də start meydançasını tərk edib.
Mənbə: İz.ru
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
50
oxu.az

10Mənbələr