AZ

Zələnski: "F-16"ların sayı cəbhədəki vəziyyəti kökündən dəyişməyəcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Səmada Rusiyaya qarşı effektiv mübarizə aparmaq üçün Ukraynanın ən azı 128 "F-16" qırıcısına ehtiyacı var".
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də Ronald Reyqan İnstitutunda müsahibəsi zamanı deyib.
V.Zelenski vurğulayıb ki, Ukrayna daim tərəfdaşlarından döyüş təyyarələri gözləyir:
"Bilirsiniz, biz daim gözləyirik. Anam məni dərsdən sonra gözləyirmiş kimi gözləyirik, amma mən daim gecikmək üçün bir səbəb tapırdım, lakin bu daha ciddi məsələdir".
Eyni zamanda, o, faktiki olaraq bəyan edib ki, müttəfiqlərin bu gün Ukraynaya vəd etdiyi "F-16"ların sayı cəbhədəki vəziyyəti kökündən dəyişə bilməyəcək.
Mənbə: Unian
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
50
oxu.az

10Mənbələr