AZ

Rusiya ordusunun Kiyevə hücumları nəticəsində ölənlərin sayı 34-ə çatıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya ordusunun iyulun 8-də Kiyevə hücumu nəticəsində 34 nəfər həlak olub.
Bu barədə Kiyev meri Vitali Kliçko bildirib.
O, qəza-xilasetmə işlərinin başa çatdığını vurğulayıb
"Təəssüf ki, şəhərin mülki infrastrukturuna düşmən atəşi nəticəsində 34 nəfər, o cümlədən 5 uşaq həlak olub. Bundan əlavə, atəş nəticəsində 121 nəfər, o cümlədən 10 uşaq xəsarət alıb. Xilasedicilərin operativ fəaliyyəti nəticəsində üçü uşaq olmaqla 10 nəfəri xilas etmək mümkün olub", - deyə o bildirib.
Xatlırladaq ki, Rusiya silahlı qüvvələri bir neçə gün öncə paytaxt Kiyev də daxil, Ukraynanın müxtəlif şəhərlərinə, ümumilikdə 40-dan çox müxtəlif tipli raketlər atıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
oxu.az

10Mənbələr