AZ

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Oxu.Az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyulun 12-də qurumun inzibati binasında gerçəkləşəcək.
Saat 14:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi;
2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;
3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;
4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr;
5. I və II Liqada mövcud vəziyyətin müzakirəsi;
6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi;
7. Digər məsələlər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
oxu.az

10Mənbələr