AZ

Rusiya hərbçiləri Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurub

Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gün ərzində Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurub.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.

 

Departamentin məlumatına görə, Rusiya hərbçiləri həmçinin 55 pilotsuz uçuş aparatını (PUA), dörd ATACMS taktiki raketini, üç HIMARS reaktiv yaylım atəş sistemi (MLRS) mərmisini və dörd Fransa istehsalı olan “Hammer” idarəolunan bombanı vurub.

 

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Rusiya hərbçiləri təyyarələr, pilotsuz uçuş aparatları, raket qüvvələri və artilleriyadan istifadə edərək ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəş sisteminin üç buraxılış qurğusunu və bu sistemlərə xidmət edən on əcnəbi mütəxəssisi məhv ediblər.

 

İyulun 5-də məlum olub ki, Rusiya hava hücumundan müdafiə sistemləri bir həftə ərzində Ukrayna hərbçilərinin 451 pilotsuz təyyarəsini məhv edib.

 

Nigar

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
21
oxu24.com

10Mənbələr