AZ

AVRO-2024: Niderland və İngiltərə azarkeşləri arasında dava düşdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinin Niderland - İngiltərə matçından öncə hər iki komandanın azarkeşləri arasında dava düşüb.
Qarşılaşmanın başlamasına az müddət qalmış görüşün keçiriləcəyi Dortmund şəhərində Niderland tərəfdarlarından bir neçəsi ingiltərəli fanatların üzərinə hücum ediblər.
İnsident nəticəsində hücuma məruz qalan 5 azarkeş xəsarət alıb.
Hadisəyə niderlandlı azarkeşlərin İngiltərə bayrağını oğurlamağa cəhd etməsi səbəb olub.
Qeyd edək ki, "Siqnal İduna Park"da baş tutacaq Niderland - İngiltərə matçı bu gün saat 23:00-da start götürəcək.
Mənbə: TASS
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
oxu.az

10Mənbələr