AZ

İtaliyada orta məktəbin aşağı siniflərində smartfondan istifadə qadağan edilib

İtaliyada təhsil naziri Cüzeppe Valditara növbəti tədris ilindən orta məktəbə qədər təhsil də daxil olmaqla istənilən məqsədlə aşağı sinif otaqlarında smartfonlardan istifadəni qadağan edib. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, italiyalı nazir Valditara konfransdakı çıxışında: “Növbəti tədris ilindən başlayaraq hər hansı məqsədlə, o cümlədən aşağı təhsil sahəsində mobil telefonlardan istifadəni qadağan edən sirkulyar imzalamışam. Çünki orta məktəb ibtidai səviyyəsinə qədər mobil telefonla yaxşı təhsilin verilə bilməyəcəyinə inanıram. Bu, təbii ki, planşet və ya kompüterdən istifadəni əhatə etmir. Lakin bu cihazlardan da müəllimlərin rəhbərliyi altında istifadə edilməlidir”, -deyib. Valditara vurğuladı ki, bu, müəllimlərə səlahiyyət verilməsi və məktəblərdə fərdi məsuliyyət prinsipinin yenidən qurulması üçün həlledici qaydaların tətbiqi istiqamətində mühüm addımdır. Nazir bildirib ki, mobil telefonların aludəçilik alətinə çevrilməsinin, gənclərin yaşamaq istəyini oğurlamasının qarşısını almaq lazımdır. Təhsil naziri onu da bildirib ki, bəzi məktəblərdə pilot layihələrdə xüsusilə inzibati tapşırıqlar üçün süni intellektə əsaslanan köməkçi elementlər sınaqdan keçiriləcək. İtaliya Ailə Birliyi Hərəkatının (Moige) direktoru Antonio Affinita təhsil naziri Valditaranın qərarını şərh edib: “Bu, məktəblərdə düzgün rəqəmsallaşmanın aparılmasında irəliyə doğru bir addımdır. Biz bu təşəbbüsdən məmnunuq, çünki o, məktəblərdə texnologiyadan sui-istifadəni nizama salır. Bu gün məktəblərdə geniş texnoloji şəbəkə var, lakin bu texnologiyadan məsuliyyətlə istifadə etmək və prosesə valideynləri də cəlb etmək lazımdır”, - deyə bildirib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
50
bizimyol.info

10Mənbələr