AZ

Kamran Əliyev 3 rayon sakinləri ilə görüşəcək

Baş prokuror Kamran Əliyev iyulun 19-da, saat 10:00-da Qusar rayon prokurorluğunun inzibati binasında Qusar, Quba və Xaçmaz rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qusar rayonuna gəlmələrinin təşkilini rayon prokurorları keçirəcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
2
ucnoqta.az

10Mənbələr