AZ

Braziliyada futboldan sonra şok hadisə: Polis meydanda qapıçını ayağından güllələdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Braziliyada polis matçdan sonra qapıçını ayağından güllələyib. Hadisə Qoyas ştatının ikinci divizionunun 12-ci turu çərçivəsində "Gremio Anapolis" və "Centro Oeste" arasında keçirilən oyundan sonra baş verib.
Bu barədə Oxu.Az Gazeta.ru-ya istinadla xəbər verib.
Bildirilir ki, final fitindən sonra meydançanın kənarında futbolçuların da iştirakı ilə iğtişaşlar baş verib. Hadisəyə müdaxilə edən polislərdən biri silahdan istifadə edərək rezin güllə ilə "Qremio Anapolis"in qapıçısı Ramon Souzanın ayağından vurub. Futbolçuya təcili tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.
Hadisənin baş verdiyi ştatın hərbi polisi artıq inzibati araşdırmaya başlayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
35
oxu.az

10Mənbələr