AZ

İcma: "Sülhün bərqərar olmasına qarşı çıxan ünsürlərin BMT məkanlarından sui-istifadəsini qınayırıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan İcması bəyanat verərək, Ermənistanın keçmiş XİN rəhbəri Vartan Oskanyanın ifrat millətçi mövqeyindən çıxış etməsi və bundan ötrü BMT məkanını istifadə etməsini qınayan bəyanatla çıxış edib.
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması (QAİ) məlumat yayıb.
Bildirilib ki, dini radikalizm və Azərbaycanofob mövqeyə malik "Beynəlxalq Xristian Həmrəyliyi" adlı qeyri-hökumət təşkilatı BMT-nin İnsan Hüquqları Şurasının məkanından sui-istifadə edərək növbəti anti-Azərbaycan tədbir keçirib.
"Tədbirdə Ermənistanın keçmiş xarici işlər naziri, ifrat millətçi Vartan Oskanyan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən çıxış edib. Qərbi Azərbaycan İcması dini radikalizmi və millətçiliyi təbliğ edən və regionda sülhün bərqərar olunmasına qarşı çıxan ünsürlər tərəfindən BMT məkanlarının sui-istifadəsini qınayır. İcma həmçinin Ermənistan hökumətini Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan Oskanyan kimilərinin destruktiv fəaliyyətinə imkan verməməyə çağırır".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
oxu.az

10Mənbələr