AZ

Rəşad Sadıqov “Şerif” üzərində qələbəni belə şərh etdi

style='margin-bottom:10px;'>

"Zirə”nin baş məşqçisi Rəşad Sadlqov “Şerif”ə 1:0 hesabı ilə qalib gəldikləri Avroliqanın birinci təsnifat mərhələsinin oyununu şərh edib.

QOL.az xəbər verir ki, Moldovada keçirilən oyundan sonra təşkil edilən mətbuat konfransında 42 yaşlı mütəxəssis bildirib ki, qələbəyə baxmayaraq, cütün taleyi barədə danışmaq tezdir: 

“Hər iki komanda üçün ağır oyun keçdi. Hesab edirəm ki, bu gün “Şerif” də qələbə qazana bilərdi. Biz yalnız birinci hissədə qələbə qazanmışıq, ikinci hissə isə Bakıda olacaq. Komandalar həmin oyuna daha hazırlıqlı çıxacaqlar. Cütün qalibinin adına da məhz Bakıdakı oyunda aydınlıq gələcək”.

R.Sadıqov bu gün Moldovada havanın çox isti olduğunu və bunun da oyunlarına təsir etdiyi deyib. O deyib ki, bugünkü matçda fiziki baxımdan daha hazırlıqlı olan komanda qələbə qazanıb.

Moldovalı jurnalistin sualına cavab olaraq Sadıqov bildirib ki, hazırkı “Şerif”lə 2021-ci Madriddə “Real”ı məğlub edən (2:1) “Şerif” arasında müqayisə aparmaq doğru olmaz. O deyib ki, hazırkı komandanın o vaxtkı və indiki heyəti arasında fərq olsa da, indiki “Şerif” əvvəlkindən zəif deyil.

Seçilən
116
4
teleqraf.com

5Mənbələr