AZ

Populyar cizgi filminin yeni hissəsi nə vaxt ekranlara çıxacaq?

"Universal Pictures" kino şirkəti və "Illumination" studiyası "Minions" cizgi filminin sayca beşinci hissəsinin buraxılış tarixini açıqlayıb.

seher.media championat.com-a istinadən xəbər verir ki, animasiya silsiləsinin davamı 30 iyun 2027-ci ildə bütün dünyada yayımlanacaq.

Filmin rejissoru ilk üç hissənin yaradıcısı Pyer Koffin olacaq. Ssenari "Minions" filminin birinci hissəsinin müəllifi Brayan Linç tərəfindən yazılacaq.

Qeyd edək ki, filmin dördüncü bölümü bu yaxınlarda ekranlara çıxıb.

Silsilənin ilk iki hissəsi iki milyard dollardan çox gəlir əldə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
2
seher.media

10Mənbələr