Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb .
Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.02 ABŞ dolları, yaxud da 0.02 % azalaraq 89.82 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin qiyməti 0.24 ABŞ dolları və ya 0.27 % artaraq 87.32 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.