AZ

Rusiyalı hərbçinin qisası ağır oldu: Xidmət yoldaşlarını güllələdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyada Belqorod vilayətindəki hərbi yerləşmə məntəqəsində atışma baş verib, ölənlər var.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Baza" öz "Telegram" kanalında məlumat yayıb.
Hücum edən Çuvaşiyadan gələn Aleksey adlı 29 yaşlı hərbçi olub.
O, iki nəfəri öldürüb və bir nəfəri yaralayıb, sonra isə hadisə yerindən qaçıb.
İlkin məlumata görə, Aleksey xidmət yoldaşlarından təhqirlərə görə qisas alıb. İstintaqçılar hələlik bu versiyanı digərləri arasında prioritet hesab edirlər.
Hərbçinin atəş açması və qaçmasından sonra əməliyyata Qrayvoron rayonunda "ələkeçirmə" planı tətbiq edilib, bir saatdan sonra isə bu plan bütün region ərazisinə genişləndirilib. Əməliyyatçılar, həmçinin Alekseyin Ukraynanın Sum vilayəti istiqamətində qaça biləcəyini istisna etmirlər. Hazırda onun axtarışı davam edir.
Seçilən
196
40
oxu.az

10Mənbələr