AZ

Daha bir ştat ABŞ-dən ayrılmaq istəyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nyu-Hempşirdə yerli müstəqillik fəalları Birləşmiş Ştatlardan ayrılmağa çalışacaqlarını açıqlayıblar.
Oxu.Az "Arqumentı i Faktı"ya istinadən xəbər verir ki, yerli separatçı NHEXIT təşkilatının fəalları ayrılmaq istəyində səriştəsiz və korrupsioner federal məmurların günahkar olduqlarını bildiriblər.
"Vaşinqtonda 2,5 milyon seçilməmiş bürokrat var və onlar ölkəni iflas həddinə çatdırmaqdan məsuldurlar. Təkcə bu deyil, onlar Nyu-Hempşir vətəndaşlarının hüquqlarını tapdalayaraq hər il vergi ödəyicilərindən pul alırlar. Birləşmiş Ştatlardan ayrılma vaxtı çatıb. Bu, bütün siyasi spektrdə hiss olunan məyusluğun əksidir", - bəyanatda qeyd edilib.
Xatırladaq ki, Texas ştatında da ABŞ-dən ayrılma meyilləri mövcuddur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
50
oxu.az

10Mənbələr