AZ

Səudiyyə Ərəbistanında 7000 illik sirli daş dairələr aşkarlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avstraliya, Britaniya və digər ölkələrdən olan beynəlxalq arxeoloqlar qrupu Səudiyyə Ərəbistanının şimal-qərbində qədim daş dairələr aşkarlayıblar. Mütəxəssislərin fikrincə, bunlar təxminən 7000 il yaşı olan daş daxmaların qalıqları ola bilər.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, Əl-Ula şəhəri yaxınlığında son daş dövrünə aid tikililər aerofotoqrafdan istifadə edilməklə tapılıb. Dairələrin diametri dörd və səkkiz metr arasındadır.
Alimlər qeyd ediblər ki, onlar qapı girişlərinin və dam örtüyü materiallarının izlərini aşkarlayıblar. Ümumilikdə ekspertlər təxminən 345 belə struktur müəyyən ediblər.
Həmçinin Əl-Ula yaxınlığında aparılan qazıntılar zamanı bazaltdan hazırlanmış çoxlu daş alətlər və qoyun, inək, keçi sümükləri aşkarlanıb. Mütəxəssislər qədim dövrlərdə burada ticarətin çiçəkləndiyi iddiasını irəli sürüblər.
Alimlər Səudiyyə Ərəbistanındakı daş dairələrin İordaniyadakı oxşar tikililərlə bənzərliyini qeyd ediblər. Tədqiqatçılar əlavə ediblər ki, insanlar düzbucaqlı evlər tikməyi yalnız son neolitdə öyrəniblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
oxu.az

10Mənbələr