AZ

"Kristal Abşeron"a cərimə yazıldı

Mərkəzi Bank "Kristal Abşeron" Mənzil Tikinti Kooperativinə (MTK) cərimə protokolu yazıb.

E-huquq.az-ın məlumatına görə, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Firuzə Kərimovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələli məlum deyil.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
22
e-huquq.az

10Mənbələr