AZ

"Barselona"nın rəqibi müəyyənləşdi

"Barselona"nın Joan Qamper kubokunda rəqibi "Monako" olacaq.

Publika.az xəbər verir ki, bu barədə katalonların mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma avqustun 12-də Lyuisa Kompanisa Olimpiya Stadionunda baş tutacaq.

Joan Qamper kuboku "Barselona" tərəfindən təşkil edilən illik yoldaşlıq turniridir. 1997-ci ildən bir matç formatında keçirilir. 2023-cü ildə "Barselona" "Tottenhem"i 4:2 hesabı ilə məğlub edərək kuboku qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
3
publika.az

10Mənbələr