AZ

Səhər saatlarında Bakı metrosunda problem yarandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün səhər saatlarında Bakı metrosunda qatarların yubanması halı baş verib.
Oxu.Az xəbər verir ki, stansiyalarda olan vətəndaşlar səkkiz dəqiqə qatar gözləməli olublar.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanladıq.
Qurumun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib və bildirilib ki, qatarların hərəkətində intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.
"Dərnəgül" stansiyasında maşinist monitorunda "qapıların bağlanmaması" işarə sistemi işə düşüb. Maşinist vaqon qapısını yoxladıqdan sonra idarəetmə sistemində yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb.
Xətdə hərəkətin təşkilinə maneə yararmaması üçün həmin qatar digər - qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Qatara əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb. Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.
Qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Seçilən
157
50
oxu.az

10Mənbələr