“MİDA” MMC tender elan edir.
Banker.az xəbər verir ki, tenderdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində sahəxarici və sahədaxili su-kanalizasiya şəbəkəsinin və drenaj sisteminin tikintisi işlərinin satınalınması nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 5 613 053 manatdır.