AZ

Tramp prezident seçildiyi halda vitse-prezident təyin edəcəyi şəxsin adını açıqlayıb

ABŞ-də Respublikaçılar Partiyasının real namizədi Donald Tramp prezident seçiləcəyi halda vitse-prezident təyin edəcəyi şəxsin adını açıqlayıb.

O, vitse-prezidentin Ohayo senatoru Ceyms Devid Vans olacağını bildirib.

Donald Trampın öz seçimini bu gün Miluoki şəhərində başlayan Respublikaçılar Partiyasının Milli Qurultayında rəsmən açıqlaması gözlənilir. Qeyd edək ki, 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Respublikaçılar Partiyasının noyabrda keçiriləcək prezident seçkilərində namizədi rəsmi şəkildə elan olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
39
banker.az

10Mənbələr