AZ

Gündə üç yumurta yeməyin faydaları

"Gündə üç yumurtanın müalicəvi təsiri var".

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu diyetoloq Mixail Ginzburq deyib.

"Yumurta yeməyin qanda pis xolesterinin səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Üstəlik, bu məhsul normada istehlak edildikdə müalicəvi təsir göstərir",- deyə diyetoloq qeyd edib.

Bununla belə, onun sözlərinə görə, on minlərlə insanın iştirak etdiyi epidemioloji tədqiqatlar göstərib ki, yumurta yeməyin qanda pis xolesterinin səviyyəsi və fəsad riski ilə heç bir əlaqəsi yoxdur:

“Biz normal yumurta istehlakından danışırıq. Gündə üç yumurtanın müalicəvi təsiri var. Onların tərkibində çoxlu fosfolipidlər, xüsusən də xolinlər var. Bunlar hüceyrə membranlarına daxil olan amillərdir. Onları yeməklə yemək sağlamlıq üçün yaxşı bir faydadır".

Bundan əlavə, o bildirib ki, yumurta yağda həll olunan A və D vitaminləri, minerallar və bir çox başqa faydalı maddələrin mənbəyidir.

Həmidə İBRAHİMLİ

 

Seçilən
404
13
Mənbələr
Şərh ()
Bağla