AZ

Azərbaycan KİV-ləri gələn il büdcədən 65 milyon manat subsidiya alacaq

2024-cü ildə Azərbaycanda kütləvi informasiya vasitələrinin, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV), İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması məqsədilə 64,9 milyon manat maliyyə yardımı (subsidiya) nəzərdə tutulur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,2 % çoxdur. Artım əsasən AzTV-nin vergi öhdəlikləri üzrə xərclərlə bağlıdır.

Seçilən
202
7
Mənbələr
Şərh ()
Bağla