AZ

Ötən ay Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı

Ötən ay Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1969-cu il təvəllüdlü Vüqar Həsənovun aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, iyun ayının 20-də Qax rayon Qaysarlı kənd sakini Rövşən Hümbət oğlu Hümbətov və Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Vüqar Oruc oğlu Həsənov Alazan çayının Mingəçevir su anbarına tökülən hissəsində qayıqdan suya düşüb və batıblar.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Qax rayon sakini Rövşən Hümbət oğlu Hümbətovun meyiti öncədən tapılıb və aidiyyəti üzrə təhvil verilmişdi.

Onların hər ikisi balıqçı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
29
olke.az

10Mənbələr