AZ

Bu ilin ilk 6 ayında 52,6 milyon dollarlıq azot gübrəsi ixrac olunub

Bu ilin yanvar-iyun aylarında ölkədən 52,6 milyon ABŞ dolları dəyərində 270,3 min tondan çox azot gübrəsi ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 20,6 milyon dollar və ya  64,2%, həcm baxımından isə 157,3 min ton və ya 2,4 dəfə çoxdur.

Ötən ilin 6 ayı ərzində 32,1 milyon dollar dəyərində 113 min ton azot gübrəsi ixrac edilmişdi.

İlk yarımilin nəticələrinə görə azotun 1 kq-nın orta qixrac qiyməti 0,33 manat təşkil edib. 2023-cü ildə isə bu göstərici 0,48 manat olub. Bu da o deməkdir, qiymətlər də 0,15 manat, başqa sözlə 31,3% ucuzlaşma baş verib.

İlk

Hesabat dövründə gübrənin ümumi ixracda xüsusi çəkisi 0,41 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,3 faizə bərabər olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
50
fed.az

10Mənbələr