AZ

Avropa İttifaqı Rusiyaya pivə tədarükünü yenidən artırıb

Avropa İttifaqı dördüncü aydır Rusiyaya pivə tədarükünü artırıb. RİA Novosti bu barədə Eurostat məlumatlarına istinadən xəbər verir.

May ayında ixrac 4 faiz artaraq 24 milyon avroya çatıb. Belə ki, ilin ilk ayında tədarüklər cəmi 14,9 milyon avro təşkil edib. Rusiya Federasiyasına pivə ixracında ən nəzərə çarpan artımlar Latviya (aprel ayı ilə müqayisədə 1,8 dəfə, 1,9 milyon avro), Hollandiya (25 faiz, 1,2 milyon avro) və Çexiya (16 faiz artaraq 3,4 milyon avro)olub.

Eyni zamanda, Almaniya Avropa İttifaqı ölkələri arasında Rusiyaya bu spirtli içkinin əsas tədarükçüsü olaraq qalsa da, amma may ayında bu dövlətdən tədarüklər 4 faiz azalaraq 8,1 milyon avroya düşüb.

2024-cü ilin iyun ayında Rusiyaya çəlləklərdə idxal edilən pivənin ümumi həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 3,6 milyon litr səviyyəsinə çatıb.

...Həm yaxın, həm də uzaq xaricdən tədarüklər artıb.

Belə ki, Avrasiya İqtisadi İttifaqı ölkələrindən çəlləklərdə pivə idxalı illik ifadədə 29 faiz, qalanlarından isə 16 faiz artıb.

Əli Babayev

Seçilən
137
50
sia.az

10Mənbələr