AZ

Gömrükdə ölkəyə gətirilən avtomobillərin dəyəri artdı - Maşın bazarında bahalaşma - VİDEO

Xaricdən gətirilən avtomobillərin idxal dəyər 5 min manatadək artıb. Belə ki, bu ilin yanvar-iyun aylarında xaricdən Azərbaycana ümumilikdə 779 milyon 364 min dollar dəyərində 42 min 335 ədəd avtomobil gətirilib.

 Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 min 38 ədəd azalıb, dəyəri baxımından 26 milyon 60 min dollar və ya 4% artıb. Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 410 dollar, ötən ilin eyni dövründə isə 15 min 573 dollar olub. İdxal qiyməti son bir il ərzində 5 min manatadək artıb. Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov deyir ki, avtomobillərin idxal dəyərinin artmasının səbəbi ili köhnə nəqliyyat basitələrinin ölkəyə gəlişinin məhdudlaşdırılmasıdır. Ekspert həmçinin bildirir ki, idxal edilən avtomobillərin 9 minə yaxını hibriddir. Maraqlısı odur ki, idxal qiymətlərinin artması ölkəmizdə maşınların bahalaşmasına səbəb olacaqmı? Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
25
turanpress.com

10Mənbələr