AZ

Rusiya Ukraynanın bu ərazilərini ələ keçirdi

Rusiya Ordusu Ukraynada bir neçə yaşayış məntəqəsini ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, rus ordusu Xarkov vilayətində Pesçanoye Nijne və Luqansk vilayətində Rozovka yaşayış məntəqələrini ələ keçirib.

Bundan başqa məlumatda bildirilib ki, gün ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus bir Mi-8 hərbi helikopterini, Fransa istehsalı olan 2 “Hammer” idarəolunan bombanı, ABŞ istehsalı olan 2 HIMARS sistem raketi və 40 pilotsuz uçuş aparatını məhv edib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
teleqraf.com

10Mənbələr