AZ

ABŞ Cənubi Qafqazla bağlı maraqlarını həyata keçirmək üçün Ermənistandan istifadə edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ Cənubi Qafqazda maraqlarını həyata keçirmək üçün Ermənistandan istifadə edir".
Bunu "Report"a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, siyasi şərhçi Sabir Məmmədli deyib.
O bildirib ki, rəsmi Vaşinqtonun əsas məqsədi bölgədə kommunikasiya xətlərinə nəzarəti təmin etməkdir:
"Bu isə ABŞ-nin vasitəçilik təşəbbüslərini sual altına alır. Həmçinin Ermənistan da ikili oyun oynayır. Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə silahlandırır. Ermənistan faktiki olaraq alətə çevrilir. İrəvan bu gün Vaşinqton və Parisin əlaltısına çevrilməkdədir. Ermənistan hökuməti gələcəyi görmür. Bu, Ermənistanın gələcəyi üçün ciddi təhdidlər yarada bilər. Məsələn, Rusiya Ermənistana təzyiqləri artıra bilər. Nəzərə almaq lazımdır ki, Rusiya gücünü qoruyub saxlayır".
Ekspertin sözlərinə görə, ABŞ ilə Ermənistan arasında hərbi-siyasi yaxınlaşma davam edir: "Vaşinqtonun İrəvanın zəif, qətiyyətsiz olduğunu başa düşür. Ona görə də təsir etməyə çalışır. ABŞ-nin Ermənistanla bağlı siyasəti bundan ibarətdir".
Professor qeyd edib ki, iyulun 21-də Azərbaycan ordusunun Kəlbəcər istiqamətindəki mövqelərinin atəşə tutulması da Qərbin təhriki ilə ola bilər:
"Məsələ ondadır ki, ABŞ Ermənistana ürək-dirək verir. O da nəticədə özünü arxayın hiss edir və belə təxribatlara əl atır. Hətta mümkündür ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda Prezident İlham Əliyevlə görüşdən imtina etməsində də ABŞ-nin rolu var".
Qeyd edək ki, ABŞ ilə Ermənistan arasında hərbi-siyasi əməkdaşlıq genişlənir. İki dövlət bu günlərdə birgə hərbi təlim keçirir. Üstəgəl, ABŞ Ermənistanı silahlandırır. Bu isə Ağ Evin regiondakı sülh perspektivi ilə bağlı bəyanatlarına adekvat deyil.
Seçilən
172
50
oxu.az

10Mənbələr