AZ

Erməni nazir Bakıya gəlir?

Azərbaycan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı noyabrda keçiriləcək COP29 konfransında iştirak etmək üçün Bakıya dəvət edib.

“Cebheinfo.az” xəbər verir ki, “NEWS.am” Ermənistan XİN-dən dəvəti qəbul edib-etmədiyini və nazirin Bakıya gedib-getmədiyini öyrənməyə çalışıb. “Əgər məsələ qaldırılarsa, biz bu barədə məlumat verəcəyik”, - XİN-dən bildiriblər.

Qeyd edək ki, ötən gün İlham Əliyevin köməkçisi Hikmət Hacıyev demişdi:

“Nəzərə alsaq ki, tərəflər arasında diplomatik münasibətlər yoxdur, Bakının bu addımı Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasını nümayiş etdirir. İndi Ermənistan hökuməti qərar verməlidir”.

Maraqlıdır ki, COP29-a dəvət Baş nazir Paşinyana deyil, Ararat Mirzoyana göndərilib. Ötən ay mətbuatda Nikol Paşinyanın Bakıya gələcəyi ilə bağlı məlumatlar yayılıb və buna cavab olaraq Ermənistan Baş nazirinin mətbuat katibi Paşinyanın iş gündəmində belə bir səfərin planlaşdırılmadığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
25
cebheinfo.az

10Mənbələr