AZ

Tramp Kamala Harrisi "pis və axmaq" adlandırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın vitse-prezidenti Kamala Harrisi “axmaq və pis” adlandırıb. 

HİT.az xəbər verir ki, o, bu barədə "New York Post" qəzetinə müsahibəsində bildirib.

“Kamala Harrisi iki sözlə təsvir etmək olar: pis və axmaq. Bu, uğursuz birləşmədir", deyə Tramp bildirib.

Tramp Fox News telekanalına müsahibəsində isə bildirib ki, sui-qəsddən sonra onu xərəyə mindirmək istəyiblər, lakin bundan imtina edib. 

"Məni xərəyə qoymaq istədilər... Dedim ki, xərəyə getməyəcəm, çünki bunun sadəcə qulaq zədəsi olduğunu düşündüm. Çoxlu qan var idi", deyə sabiq prezident qeyd edib. 

Tramp əlavə edib ki, əvvəlcə onun daha çox xəsarət aldığı düşünülürdü.

O, sui-qəsd cəhdindən sonra hazırkı dövlət başçısı Co Baydenlə telefon danışığının çox xoş olduğunu deyib: "Yaxşı idi. Xoş söhbət oldu. Dedi ki, bəxtim gətirib ki, sağa dönmüşəm. Deməli... açıq-aydın kimsə ona xəbər verib. Amma bunu mənə dedi".

Tramp sui-qəsd zamanı aldığı yaranın getdikcə sağaldığını və kiçik sarğılara keçdiyini bildirib: "Biz kiçik sarğılara keçinirik".

Trampa sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə baş verib. Sabiq prezident qulağından yara alıb, bir nəfər ölüb. Hücumu törədən şəxs məhv edilib.

Qeyd edək ki, 81 yaşlı Co Bayden iyulun 21-də namizədliyini geri götürmək qərarını açıqlayıb. Donald Trampla debatdan və bir sıra digər ictimai çıxışlardan sonra bir çox demokratlar ona bu barədə müraciət ediblər. Bayden Demokrat Partiyasına Kamala Harrisin namizəd kimi irəli sürülməsini təklif edib.

Samir


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
hit.az

10Mənbələr