AZ

Azərbaycan səkkizinci dəfə "Formula-1"ə ev sahibliyi etməyə hazırlaşır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan artıq səkkizinci dəfə "Expect the unexpected", yəni "Gözlənilməzə hazır olun" şüarı ilə tarixi Bakı küçələrini "Formula-1" trekinə çevirib.
Oxu.Az xəbər verir ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi hər il öz unikallığı və yarışın maraqlı nəticələri ilə yaddaşlarda iz qoymağı bacarır. Bu il də dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının izdihamlı küçələrində təşkil olunan yarış üçün işlər fasiləsiz olaraq davam edir. Heç şübhəsiz ki, Bakı Şəhər Halqası (BŞH) müxtəlif çətinlikli 20 döngəsi və Xəzərə paralel möhtəşəm konfiqurasiyası ilə yenidən təqvimin sevimli treklərdən biri olacaq.
Yalnız paytaxtımızda olanlar deyil, həm də milyonlarla insan televizorları qarşısında "Formula-1" bolidlərinin qızğın "mübarizəsini şəhərin mənzərəli küçələrində, UNESCO tərəfindən qorunan tarixi İçərişəhərin ətrafında, möhtəşəm Xəzər dənizinin sahillərində və Bakının müasir siluetində izləyəcək.
Qeyd edək ki, bu il "Formula-1" sessiyaları 13-15 sentyabr tarixlərində keçiriləcək.
PhotoStock.az Bakının küçələrində "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı görülən işlərlə əlaqədar fotoreportaj hazırlayıb:
Daha çox şəkil burada: PhotoStock.az
Anar Həsənov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
9
oxu.az

10Mənbələr